AZ

Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya, aqrar fakültəsi Xocalıya köçürüləcək

“Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya köçürüləcək”.

Heftelik.az xəbər verir ki, bu sözləri Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır: “1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmlərdir. Universitetimi qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq”.

Rektor universitetin aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.

Seçilən
128
34
heftelik.az

10Mənbələr