AZ

“Evlərindəki kişi bunlara deməlidir ki, bəsdirin” – Nadirdən şok sözlər

“Biz də məclislərə gedirik. Niyə bizdən həmin mahnıları tələb etmirlər? Məndən xahiş edən olsa, çıxıb məclisdən gedərəm. Sənətimə, musiqiyə özümə hörmət edən oğlanam. Bir ucuz mahnıya görə ölkəni zəbt etmək olmaz”.

Millitv.net xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Elgizlə izlə” verilişində deyib.

O, bir neçə gündür gündəmdən düşməyən Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalından danışıb. Bildirib ki, ifaçıların oxuduğu mahnı Azərbaycan musiqisi üçün utancvericidir:

“Hər ikisi ailəlidir, evində kişi var. Deməlidir ki, bəsdirin, qurtarın. 31 ildir evliyəm, Nadir Qafarzadənin həyat yoldaşını və ya gəlinini TikTok-da görmüsünüz? Yox, görməyəcəksiniz də. Azadlıq deyib hər şeyi abartdıq. Qurumlar buna baxmalıdır. Yataq otağını qoyduq ortaya”.

Qeyd edək ki, Şəbnəm və Vəfa “Cənnətimsən” mahnısı üstündə mübahisə edir.

Seçilən
81
15
millitv.net

10Mənbələr