"Dünya Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən hələ də uzaqdır",
OXU24.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
Türkiyə liderinin sözlərinə görə, Moskva ilə Kiyev arasında münaqişə 3 ildir ki, davam edir, lakin dünya birliyi hələ də sülhün bərqərar olmasından uzaqdır.
Ərdoğan xəbərdarlıq edib ki, silahlanma yarışı sürətləndikcə diplomatiya üçün məkan daralır.
Öz növbəsində, Ərdoğan 2022-ci ildə Ukrayna ilə bağlı danışıqların pozulmasında münaqişənin sülh yolu ilə həllində maraqlı olmayan müəyyən lobbilərin günahkar olduğunu da bəyan edib. Onun sözlərinə görə, Ankara Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün həmişə səy göstərib və göstərəcək.
Xatırladaq ki, sentyabrın 24-də Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Moskvadakı Diplomatik Akademiyada çıxış edərək Rusiya Federasiyası ilə Ukrayna arasında 2022-ci ildə İstanbulda keçirilən danışıqların bir sıra dövlətlərin Kiyevə təzyiqi nəticəsində pozulduğunu bildirib.