AZ

Azərbaycanda poçt şöbələri niyə bağlanır?

Ötən il Azərbaycanda 113 poçt şöbəsi bağlanıb.

Modern.az Dövlət Statsitika Komitəsinə istinadən xəbər verir ki, poçt şöbələrinin sayı 2022-ci illə müqayisədə 7 faiz azalaraq  1 611-dən 1498-ə düşüb.

Hazırda şəhər və rayon mərkəzlərində 481, kəndlərdə isə 1017 poçt şöbəsi fəaliyyət göstərir.

Ötən il Ağsu rayonunda 22 poçt şöbəsindən 12-si, Masallıda 42-dən 12-si, Qusarda 28 şöbədən 10-u və s. fəaliyyətini dayandırıb.

Digərt rayonlarda azalma sayı müxtəlifdir.

Poçt şöbələrinin bağlanması ilə bağlı Modern.az-ın sorğusuna “Azərpoçt” MMC-dən aydınlıq gətirilib.

Bildirilib ki, bəzi yaşayış məntəqələrində poçt xidmətlərinin dövriyyəsi olduqca aşağıdır və buna görə şöbənin saxlanması səmərəli sayılmır. Bu əsasən kənd və ucqar yaşayış məntəqələrinə aiddir. Ənənəvi poçt xidmətlərindən istifadə səviyyəsi zəifdir. İndi yazışmaq üçün kifayət qədər elektron vasitələr mövcuddur.  Həmçinin kommunal ödənişlərin həyata keçirilməsi üçün infrastruktur yetərincədir.  Bununla bağlı mütəmadi araşdırmalar aparılır və məlum olur ki, bəzi poçt şöbələrində aparılan əməliyyatlar onların saxlanması üçün adekvat deyil.

Yeri gəlmişkən, 2023-cü ildə əhaliyə göstərilmiş poçt xidmətlərinin ümumi dəyəri 36,6 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyon manat azdır.

Son məlumata görə  “Azərpoçt” MMC-nin 63 Poçt Filialı, 7 Rabitə Qovşağı, 3 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 89 Poçt Agentliyi mövcuddur.

Ənənəvi poçt xidmətləri bunlardır:

  • Məktublar (sadə, sifarişli, qiyməti bəyan olunmuş),
  • poçt kartları (sadə, sifarişli),
  • banderollar (sadə, sifarişli, qiyməti bəyan olunmuş),
  • bağlamalar (adi, qiyməti bəyan olunmuş),
  • kiçik paketlər (sadə, sifarişli),
  • respublikadaxili  pul  köçürmələri,
  • teleqramlar,
  • sekoqramlar,
  • faks xidməti,
  • xüsusi “M” kisələri.  

    

Seçilən
83
3
modern.az

10Mənbələr