AZ

Estoniyanın Tədris Mərkəzi ilə işbirliyi: Gənclərin təhsil imkanlarının genişləndirilməsi müzakirə edilib - İİTKM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Estoniyada fəaliyyət göstərən “Kood/Jõhvis” tədris mərkəzinin baş direktoru Lauri Haav ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə İİTKM ilə “Kood/Jõhvis” arasında əməkdaşlığın qurulması ilə bağlı imkanlar müzakirə edilib.

Vüsal Qasımlı bildirib ki, Mərkəz fəaliyyətində daim informasiya və kommunikasiya texnologiyalarının yeniliklərini tətbiq edir, əməkdaşların bu sahədə bilik və bacarıqlarının artırılmasında maraqlıdır. Lauri Haav isə öz növbəsində Azərbaycanda rəqəmsallaşma və innovasiya sahəsində müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə edib. O bildirib ki, “Kood/Jõhvis” Estoniyada informasiya texnologiyaları sahəsində mütəxəssis hazırlayan kodlaşdırma məktəbidir. İndiyədək məktəbin yüzlərlə məzunu dünyanın nüfuzlu şirkətlərində karyera qurub.

Görüşdə İİTKM-in icraçı direktorunun müşaviri Samir Məmmədov və “B.EST Solutions” şirkətinin texniki direktoru Zahir Quliyev də iştirak ediblər. Tərəflər qarşılıqlı əməkdaşlığın perspektivləri və sözügedən tədris müəssisəsində azərbaycanlı gənclərin təhsil almaq imkanlarını müzakirə ediblər.

 

Zemfira Ms
Fins.az

 

Seçilən
103
24
fins.az

10Mənbələr