AZ

Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş əra­zilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriye­vin sədrliyi ilə Qərargahın növbəti iclası Kəlbəcər şəhərin­də keçirilib. 

Qərargahın rəhbəri sentyabr ayında Azərbaycan tarixində xüsu­si əhəmiyyətli bir sıra hadisələrin baş verdiyini vurğulayaraq, bir il əvvəl sentyabrın 19-20-də Qara­bağda həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin dövlət suverenliyinin tam bərpa edildiyini bildirib. Qeyd olunub ki, bu tarixi günün ildönümü ərəfəsin­də dövlətimizin başçısı tərəfindən sentyabrın 20-si Azərbaycan Res­publikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib. 

İclasda Azərbaycanın ərazi bü­tövlüyü uğrunda mübarizədə can­larını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi dərin hörmətlə yad edilərək, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən mü­haribəsinin Zəfərlə nəticələnməsi­nin uzaq keçmişdən davam edən ədalətsiz tarixi prosesə son qoydu­ğu və torpaqlarımıza əsl sahibləri­nin əbədi qaytarılmasına yol açdığı iştirakçıların diqqətinə çatdırılıb. 

Qərargahın rəhbəri bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər bö­yük quruculuq və bərpa dövrünü yaşayır. Dövlətimizin başçısının təsdiqlədiyi “Azərbaycan Respub­likasının işğaldan azad edilmiş əra­zilərinə Böyük Qayıdışa dair I Döv­lət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin hərtərəfli inkişafına nail olmaq məqsədilə bütün prioritet istiqamətlər üzrə çoxşaxəli işlər görülür. 

İşğaldan azad edilmiş ərazilər­də müasir və səmərəli istehsal, ti­carət və xidmət infrastrukturlarının yaradılması, sənaye potensialının reallaşdırılması, sahibkarlıq fəa­liyyətinin stimullaşdırılması is­tiqamətində bir sıra tədbirlərin, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsinin, sahibkar­lıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunma­sının və kredit faizlərinin subsidi­yalaşdırılmasının həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, cəmi 3 il ərzində Ağdam Sənaye Parkı rezident sayına görə ölkə sənaye parkları arasında ikinci yerdə qə­rarlaşıb. 

Bununla yanaşı, dayanıqlı məskunlaşmanın təmin olunması üçün keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin kompleks şəkildə həlli və onların davamlı iqtisadi fəallığının təmin edilməsi məsələlərinə xüsusi diqqət yetiril­diyi bildirilib. 

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qə­rargahının İdarələrarası Mərkəzi­nin fəaliyyəti, “Azərbaycan Res­publikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası, əha­linin məşğulluğunun və dayanıqlı məskunlaşmasının təmin edilməsi, ərazilərdə nəqliyyat infrastrukturu­nun qurulması, habelə bölgədə tu­rizmin bərpası və inkişafı sahələri üzrə görülən işlər barədə məruzələr dinlənilib. Eyni zamanda, Azər­baycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nü­mayəndəliyi tərəfindən görülən və planlaşdırılan işlər barədə məlu­matlar təqdim edilib. 

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərə­findən Əlaqələndirmə Qərargahı qarşısında qoyulan vəzifələrin icra­sından irəli gələrək müvafiq tapşı­rıqlar verilib. 

Səfər çərçivəsində Kəlbəcər ra­yonunun ərazisində görülmüş mü­vafiq işlərlə tanışlıq olub və bir sıra obyektlərə baxış həyata keçirilib. 

AZƏRTAC

Seçilən
65
47
xalqqazeti.az

10Mənbələr