AZ

Bakıda İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumu başlayıb

Bakıda İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumu başlayıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Fars körfəzi ölkələrinin Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.

Forumda "bərpa olunan enerji mənbələri (BEM), təmiz enerji, elektrik enerjisi və su layihələri üzrə əməkdaşlıq", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında nəqliyyat və logistika sektorlarında çağırışlar və imkanlar", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və ərzaq sənayesi üzrə strateji tərəfdaşlıq" mövzularında panel müzakirələr aparılacaq.

Məruzəçilər arasında Azərbaycan və Qətər İqtisadiyyat Nazirliyinin rəhbərliyi, AZPROMO-nun icraçı direktoru, Fars körfəzi ölkələrinin əməkdaşlıq Şurasının müxtəlif strukturlarının nümayəndələri, enerji, nəqliyyat və aqrar sahələri üzrə fəaliyyət göstərən şirkətlərin ekspertləri var.

Seçilən
27
2
ikisahil.az

3Mənbələr