AZ

Tovuzda narkokuryerlik edən keçmiş məhkum tutuldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Sahib Allahverdiyev saxlanılıb. Ondan 2 kq-dan çox çəkidə marixauana və heroin aşkar edilib.
Oxu.Az xəbər verir ki, araşdırmalar zamanı S. Allahverdiyevin ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə etdiyi müəyyən edilib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bundan başqa Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 22 rayon sakini müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.
Qeyd edək ki, ilin əvvəlindən şöbə əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər nəticəsində 100-ə yaxın müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahları polisə könüllü təhvil verilib.
Seçilən
31
16
oxu.az

10Mənbələr