Bu gün UEFA Avropa Liqasında "Qarabağ" İngiltərənin güclü klubu "Tottenhem" ilə qarşılaşacaq.
Fins.az xəbər verir ki, matç Londonda, "Tottenhem Hotspur" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü fransalı FIFA hakimi Villi Delajo idarə edəcək.
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Elin Süleymanov da matçı tribunadan izləyəcək. Komandanı 1000-ə yaxın azərbaycanlı azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 3-də II turda "Molmö" ilə qarşılaşacaq.
Zemfira Ms
Fins.az