Əməkdar artist Elza Seyidcahan səhnədə yıxılıb.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, bu barədə özü danışıb.
Bəstəkar bildirib ki, Space TV-də çəkilişdə olarkən səhnədə ayaqqabısı libasının ətəyinə ilişib və o, yerə çırpılıb. vakansiyalar
"Növbəti dəfə libasımı dəyişib səhnəyə çıxdım. Fikirli idim. Libasımın ətəyi ayaqqabımın dabanına ilişdi, yerə çırpıldım. İsti-isti ağrını hiss etməmişəm. Mahnımı yenə oxudum. Həkimə getməyi təklif etsələr də, getmədim. "Müsəlman ölümcül olmayana qədər həkimə getmir" deyirlər axı, mən də elə. Gəldim evə. Sinəm möhkəm ağrıyırdı.
3 gün o halda evdə gəzmişəm, nəvəmi qucağıma almışam, namaz qılmışam. Axır dözmədim, ağrılara getdim həkimə, demə, döş qəfəsimdə sınıq var imiş, çat da var. İndi sarınıb gəzirəm. O qədər insanlar sənətimlə bağlı hücumlar edirlər, xoş olmayan sözlər deyirlər, bəd sözlərin enerjisi, bədxahlıq yıxdı məni. Şükür ki, başım, ayaqlarım zədələnmədi".
Telegram kanalımız