Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Pravda.az report-a istinadla xəbər verir ki, bu, Yalçın Camalovdur. O, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.
Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.
Tarix: 26 Sentyabr 2024, 18:02