AZ

"Hizbullah" onun öldürüldüyünü TƏSDİQLƏDİ

"Hizbullah" Livan hərəkatının hava qüvvələrinin komandiri Məhəmməd Hasin Sarurun İsrail Müdafiə Qüvvələrinin ( İDF ) hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

Publika.az xəbər verir ki, bunu ötən gecə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bəyan edib.

Qeyd edilib ki, İsrail hərbi hava qüvvələri sentyabrın 26-da Beyruta zərbələr endirib və Məhəmməd Hasin Saruru məhv edilib.

Qeyd edək ki, əsasən "Hizbullah" üzvlərinin istifadə etdiyi peycer və rabitə vasitələrinin sentyabrın 17-də və 18-də Livanın müxtəlif yerlərində eyni vaxtda partlaması nəticəsində Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. Livan hakimiyyəti hadisədə İsraili günahlandırıb. Daha sonra sentyabrın 19-da yəhudi dövləti Livan ərazisinə hava zərbələri endirməyə başlayıb.

Seçilən
29
7
publika.az

6Mənbələr