1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baku TV İkinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbçi Elnur Qədirlinin evindən reportaj hazırlayıb.
Elnur Qədirli Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı itkin düşüb.
Hərbçinin anası Gülxar Abdullayeva oğlunun tapılmasını arzu edir:
"Şəhid analarına həmişə deyirəm ki, ağlamayın. Sizin balanız yanınızdadır, darıxanda məzarına gedirsiniz. Mən hara gedim, harada ağlayım?! Dörd ildir, oğlumun şəkilləri ilə yaşayıram".
G.Abdullayeva oğlunun adını daşıyan məktəb və ya küçə olmasını istəyir:
"Oğlumun adı əbədiləşdirilsin, ürəyim bir az sakitləşsin".
Daha ətraflı Baku TV-nin süjetində: