Laçının Bəylik yaşayış məntəqəsində birinci mərhələdə klub - icma mərkəzinin, ticarət və market binalarının tikintisinə 1.704.784,8 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi "TURAN.İ.O" MMC-dir.
Qalib şirkət 2018-ci il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.
Laçına ilk köç 2023-cü il mayın 27-də baş tutub.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb.
Aytac
www.anews.az