AZ

Trans-Xəzər magistralının yaradılması böyük potensiala malikdir - Mirziyoyev

Səmərqənd. Trend:

Trans-Xəzər fiber-optik kabel xəttinin (Trans-Xəzər magistralı)yaradılması böyük potensiala malikdir.

Trend xəbərverir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti ŞavkatMirziyoyev Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiyaBankının (AİİB) İdarə Heyətinin illik toplantısında deyib.

"Qonşu ölkələr də bərpa olunan enerji sahəsində iri layihələrəbaşlayıblar. Gələcək illərdə Mərkəzi Asiya, zəngin bərpa olunanenerji resursları ilə, dünya enerji bazarlarında "yaşıl" enerjininböyük ixracatçısı olacaq. Bu kontekstdə Trans-Xəzər magistralınıxüsusi olaraq vurğulamaq istəyirəm, çünki bu, böyük potensialamalikdir", - dövlət rəhbəri bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə ölkədə 18 gigavat gücündəgünəş və külək enerjisi, 3 gigavat hidroelektrik stansiyalar, 5gigavat akkumulyator gücləri və 5 milyard ABŞ dolları dəyərindəelektrik şəbəkələri istifadəyə veriləcək.

Bu layihələr vasitəsilə biz böyük 'yaşıl' məlumat mərkəzləriyaratmağı da planlaşdırırıq. Mən hesab edirəm ki, bu, bütünbeynəlxalq maliyyə təşkilatları üçün cəlbedici bir layihəolacaq.

“Bundan əlavə, bərpa olunan enerji mənbələri əsasında illik 100milyon dollar dəyərində "yaşıl" sertifikatlar bazarı yaradılacaq vəmən inanıram ki, bu, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqüçün yeni perspektivli bir istiqamət olacaq", - Şavkat Mirziyoyevəlavə edib.

Qeyd edək ki, mayın 1-də Qazaxıstan, Azərbaycan və ÖzbəkistanEnergetika nazirliklərinin rəhbərləri Daşkənd Beynəlxalqİnvestisiya Forumu çərçivəsində respublikaların enerjisistemlərinin sistemlərarası birləşdirilməsi üzrə AnlaşmaMemorandumu imzalayıblar.

İmzalanmış Memorandumun məqsədi Qazaxıstan, Azərbaycan vəÖzbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsinin həyatakeçirilməsi çərçivəsində əməkdaşlığın əsas şərtlərini müəyyənetməkdir.

Sənəd iştirakçıların enerji sistemlərinin birləşdirilməsiimkanlarını araşdırmağı nəzərdə tutur, bu da Xəzər dənizinin dibiboyunca yüksək gərginlikli kabel çəkilişi və digər ölkələrüzərindən "yaşıl" enerjinin ticarətini ən optimal texniki vəiqtisadi şəraitdə həyata keçirməyə imkan verəcək.

Seçilən
8
1
az.trend.az

2Mənbələr