AZ

“Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyi yanında İctimai şuranın iştirakı ilə “Yaşıldünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət PedaqojiUniversitetinin (ADPU) Heydər Əliyev Mərkəzində ADPU-nun tələbələriilə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqındamaarifləndirilməsi” mövzusunda növbəti görüş keçirilib.

Tədbirdə vətən uğrunda canlarından keçmiş qəhrəmanşəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərkəzin direktoru Tahir Süleymanov 44 günlük Vətənmüharibəsində müzəffər Ordumuzun qazandığı qələbədən sonraölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışıb.“Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş və AzərbaycanınCOP29-a sədrlik etdiyi cari il ərzində tələbələrin bərpa olunanenerjidən istifadənin faydaları, həmçinin iqlim dəyişikliyi iləmübarizə sahəsində görülən işlərlə bağlı məlumatlandırılmasıistiqamətində bu görüşün əhəmiyyətini vurğulayıb.

Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi iləyaşıl enerji keçidi sahəsində davam edən islahatlardan söz açıb, buistiqamətdə icra edilən layihələr, əsas prioritetlər və yaşılenerji ixracı ilə bağlı planlar haqqında məlumat verib. Cari ildədövlət qurumları, təhsil müəssisələri və digər maraqlı tərəflərinbərpa olunan enerji və ətraf mühitin mühafizəsi kimi sahələrdə sıxəməkdaşlığının müvafiq mövzularda ictimai məlumatlılığın artmasınatəkan verdiyini vurğulayıb.

Energetika Nazirliyi yanında İctimai şuranın sədri Şaban Nəsirovşuranın fəaliyyəti və müxtəlif istiqamətlər üzrə həyata keçirdiyimaarifləndirmə tədbirləri haqqında danışıb, müəllimlik ixtisasıüzrə təhsil alan tələbələrin yaşıl enerji və enerji səmərəliliyikimi istiqamətlərdə bilik və bacarıqlarının gücləndirilməsininsahənin dayanıqlı inkişafına töhfə verə biləcəyinə diqqət çəkib.İctimai şuranın həm Energetika Nazirliyi ilə, həm də digər qurum vətəşkilatlarla ADPU arasında körpü rolunu oynamağa hazır olduğu qeydedilib.

Tədbir zamanı İctimai şura üzvlərinin ətraf mühitin mühafizəsivə iqlim dəyişikliklərinə qarşı mübarizədə bərpa olunan enerjimənbələrindən istifadənin və yaşıllıqların artırılmasınınəhəmiyyəti, su və enerji resurslarının səmərəli istifadəsi,tullantıların idarə olunması, karbon izinin azaldılması, enerjisəmərəliliyinin artırılması, eləcə də ekoloji maarifləndirmə vəcəmiyyətin bu sahədəki rolu kimi mövzularda çıxışları dinlənilib.Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, onlarınyaşıl enerji sahəsinə dair maraqlı fikirləri müzakirə edilib.

“Gənc
“Gənc
“Gənc
“Gənc
Seçilən
4
3
az.trend.az

4Mənbələr