AZ

Brüsseldə "Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri" adlı beynəlxalq konfrans keçirilib

Belçikanın paytaxtı Brüsseldə "Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri" adlı beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Qadın İslahatçıları və İnnovasiyalar" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Konfransda bölgədə qadınların sülh və təhlükəsizliyin təmin olunmasında oynadıqları mühüm rol və bu istiqamətdə aparılan işlər müzakirə edilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının lBelçikada, Lüksenburq Krallığında vəAvropa İttifaqı yanında Nümayəndəliyinin müşaviri Tünzalə xanım Aydəmirovakonfrans iştirakçılarına Azərbaycanda gender bərabərliyi, qadınların ictimai, siyasi həyatda aktivliyindən müəyyən nümunələr təqdim edərək, qadınlarımızınErmənistanın işğalı nəticəsində qadınlarımızınciddi zərər görməsindən də söz açıb. Diplomat xanım buna baxmayaraq, bu gün 30 ildən sonra azad olmuş ərazilərdə yeni dövrün başçalndığını və xanımlarımızın istər mina təmizlənməsində, istər sərhəddəki yenişəraitə uyğunlaşmasın vurğulayıb.Ukraynalı ekspert Sofii Şevçukbu gün Ukrayna ərazisində gedən müharibənin açı nəticələrindən danışaraq, dünyanınbu haqsızlığa reaksiya verməsinə rəğmən hələdə problemin aktiv qalmasından bəhs edib.

Tədbir zaman Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, konfransda Azərbaycanı təmsil edən beynəlxalq səviyyəli ekspert Şəhla İsmayıl 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qadınların və uşaqlarındaha çox zərər görmələrindəndanışıb və anım günü ərəfəsində dünyasını dəyişmiş bütün şəhidlərimizə allahdan rəhməıt diləyib. Şəhla İsmayıl bu günlərdə Azərbaycanda keçiriləcək COP 29 BMT-nin İqlim Dəyişikliyi Konfransının əhəmiyyətindən, təşkilat komitəsində qadın iştirakçılığının yetərli səviyyədə təmsilçiliyini də qeyd edib.

Qara dəniz regionu ölkələrinin nümayəndələri, beynəlxalq ekspertlər , BMT-nin Brüsseldəkiəlaqəoffisininnümayəndəliyinin rəhbəri xanımFlorence Roes və NATO-nun təhlükəsizlik və müdafiə platformasının rəhbəri Elena Marzak , Sarbone Universitetnin araşdırmaçısı Saida Ounissi,yerli QHT-lərin təmsilçiləri iştirak edərək, sülhə nail olmaq üçün qadın liderliyinin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda çıxış edən Vüsalə Hüseynlibildirib ki, Qara Dəniz Ərazisində bu gün müxtəlif konflikli problemlər var: “ Azərbaycan öz ərazi bütövlüyünü30 ildən sonra təmin etsədə hələdə sülhün nail olmasına, sülh müqaviləsinin bağlanmasına süni maneələr yaradanlar mövcuddur. Ukraynada hələdə müharibə gedir. Gürcüstanın ərazisi hələdə işğalda qalır. Biz bu konfrans çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinə,dövlət başçılarına müraciət qəbul etdik. Müraciətə əsasən artıq qadınlar bölgəyə sülhün gəlməsini istəyir. Öz evlərindənçıxarılmış Qərbi Azərbaycanlılar da öz evlərinə qayıtmaq istəyir.İnanırıq ki, bu müraciətə qoşulan region qadınlarının səsibeynəlxalq təşkilatlar tərəfindən eşidiləcək və bölgəyə sülh və əminamanlıq gələcək ”.

Seçilən
16
2
aznews.az

6Mənbələr