AZ

Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü və Anım Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində tədbirlər keçirilib.

Qurumdan Herbiand.az-a bildirilib ki, əvvəlcə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib, məzarları ziyarət edilərək üzərilərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.

Daha sonra Xidmətin şəxsi heyəti Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib, parkın girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyublar. Həmçinin şəhidlərin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında da 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.

Seçilən
32
17
herbiand.az

10Mənbələr