Tərtərdə paltar sərən 21 yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb.
Day.Az news24.az-a istinadən xəbər verir ki, hadisə ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli binada baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb.