AZ

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - GƏLİŞMƏ

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT tribunasından Bakının Konstitusiyanın dəyişdirilməsi tələblərini legitimləşdirir.Axar.az xəbər verir ki, bu sözləri politoloq Suren Surenyants erməni mediasına açıqlamasında deyib.“BMT tribunasından Paşinyan sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirərək, əslində, yarım addım geri çəkildi”, - o bildirib.Politoloqun fikrincə, Nikol Paşinyanın 44 günlük müharibədən əvvəl, müharibə zamanı və ondan sonrakı bütün siyasəti təhlükəli illüziyalar üzərində qurulub:“O, heç vaxt başa düşməyib ki, istək və ümidlər beynəlxalq münasibətlərdə heç bir rol oynamır”.O, Paşinyanın çıxışının əhəmiyyətli hissəsini Azərbaycanın artıq rədd etdiyi məsələyə həsr etdiyinə də diqqət çəkib. Söhbət sülh müqaviləsinin artıq razılaşdırılmış bəndlərinin ayrıca imzalanmasından gedir:“Ona elə gəlir ki, əgər o, beynəlxalq ictimaiyyətə bəyan etsə ki, biz razılaşırıq, amma Azərbaycan yox, buna görə Bakıya hansısa təzyiq ola bilər. Bu, illüziyadır. Üstəlik, Paşinyan Azərbaycan adından Ermənistanın ərazi bütövlüyünü də tanıdığını bəyan edib. Ancaq nə İlham Əliyev, nə də digər rəsmilər coğrafi sərhədləri göstərərək, bunu rəsmən açıqlamayıblar”.Surenyant əlavə edib ki, baş nazirin çıxışını təhlil etsək, Ermənistanın Azərbaycana qarşı iddialarını geri götürməyə hazır olduğunu istisna etmək olmaz.Qeyd edək ki, Paşinyan BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyasında Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanın Konstitusiyasına dəyişiklikləri istisna etmədiyini bildirib.

Seçilən
92
5
dia-az.info

10Mənbələr