AZ

Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşüb

Türkiyə, İran və Rusiya xarici işlər nazirləri keçirdikləri birgə iclasda İsrailin Suriyaya hücumunu müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, İranın XİN başçısı Abbas Əraqçi və onların rusiyalı həmkarı Sergey Lavorv BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində üçtərəfli görüş keçirib.

Bildirilib ki, sentyabrın 28-də nazirlər Suriya üzrə Astana prosesini də müzakirə ediblər.

Tərəflər İsrail-Fələstin münaqişəsinin Livan və Suriyadakı vəziyyətə mənfi təsirindən də danışıblar.

Seçilən
22
24
operativmm.az

10Mənbələr