Türkiyə, İran və Rusiya xarici işlər nazirləri keçirdikləri birgə iclasda İsrailin Suriyaya hücumunu müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, İranın XİN başçısı Abbas Əraqçi və onların rusiyalı həmkarı Sergey Lavorv BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində üçtərəfli görüş keçirib.
Bildirilib ki, sentyabrın 28-də nazirlər Suriya üzrə Astana prosesini də müzakirə ediblər.
Tərəflər İsrail-Fələstin münaqişəsinin Livan və Suriyadakı vəziyyətə mənfi təsirindən də danışıblar.