Argentina millisinin 32 yaşlı qapıçısı Emiliano Martinez FİFA tərəfindən 2 oyunluq cəzalandırılıb. Matc.az xəbər verir ki, buna səbəb onun TV operatoruna təzyiq etməsidir. 2024-cü il sentyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Kolumbiya - Argentina (2:1) matçı başa çatdıqdan sonra qonaqların qapıçısı Emiliano Martinez ona yaxınlaşan televiziya operatorunu vurub. Artıq Argentina Futbol Federasiyasına xəbərdarlıq edilib ki, 32 yaşlı qolkiper 9-cu turun Venesuela ilə səfər matçını və Boliviya ilə 10-cu turun ev oyununu buraxmalıdır. Qeyd edək ki, Emiliano 2021-ci ildən Argentina millisinin üzvüdür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta