28.09.2024-cü il tarixində saat 15:00 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub...
Mərkəzdən “Report”un yerli bürosuna bildirilib ki, ağır müştərək travma və baş-beyin əzilməsi diaqnozları təyin edilən azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olduğundan, ailə üzvlərinin yazılı iltizamnaməsi ilə Bakıdakı özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
***
Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.
APA xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.
Fakt araşdırılır.
Poliqon.info