İran hökuməti İsrailin hücumu nəticəsində həlak olan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
"İran İslam Respublikası Həsən Nəsrullahın şəhid olması ilə nəticələnən cinayətkar və vəhşi hücumunu pisləyir", - məlumatda qeyd edilib.