İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, "İmişli 1" ölçü qovşağından qidalanan PE 225 mm-ilk ortatəzyiqli "Bəhrəmtəpə" daşıyıcı yeraltı qaz kəmərinin Şahverdilər kəndi ərazisindən keçən hissəsi rabitə xətti çəkən podratçı təşkilata məxsus texnika tərəfindən zədələnib.
Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar olaraq, işlər başa çatanadək İmişli rayonunun 8 kəndində - Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Yeni Bəhrəmtəpə qəsəbəsində (ümumilikdə 6 000 abonent) qaz təchizatı daxildən dayandırılıb. vakansiyalar
Telegram kanalımız