Yanvar-avqust aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədilə çəkdikləri xərclər 2 milyard 297 milyon 934,4 min manat olub.
Qaynarinfo Valyuta.az-a istinadən xəbər verir ki, bu dövrdə turistlərin ən böyük pulu nəqliyyat xərclərinə sərf edib.
Bundan başqa, yerləşməyə 469 milyon 252 min manat, qidalanmaya 432 milyon 501,9 min manat, mədəniyyət sahəsinə 9 milyon 692 min manat, turizm zərfinin alınmasına 1 milyon 1 000 manat xərclənib.