AZ

“Bilirik ki, provakasiyaya gedən futbolçudur”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutan “Kəpəz”lə ev oyunundan sonra fikirlərini bölüşüb.

Viral.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra keçirilmiş mətbuat konfransında bunları deyib:

“Oyundan qabaq da matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib neçə tur idi ki, uduzurdu. Onlarda baş məşqçi dəyişikliyi baş vermişdi. Son turlarda da hər zaman rəqiblər üzərində müəyyən dəqiqələrdə şansları olurdu, fərqlənə bilsələr, matç fərqli məcrada gedərdi. “Sabah”ı 2:0 məğlub edirdilər. Bu məqamları nəzərə alıb düşünürdük ki, matç bizim üçün çətin keçəcək. İlk hissə həqiqətən belə oldu. 

Son Yazılar:

Rəqib bizə çoxlu pressinq tətbiq edirdi. Bəzən pressinqdən çıxa bilirdik, bəzən isə çətinlik çəkirdik. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu.İkinci hissədə oyun bizim üçün daha rahat keçdi, inamlı qələbə qazandıq. Futbolçuları bu münasibətlə təbrik edirəm”.

O, Salifu Sumanı əvəzləməsinin səbəbini də açıqlayıb:

“Onun dəyişilməsi sarı vərəqə ilə bağlı idi. Futbolçuya yaraşmayan vərəqə oldu. Ondan sonra rəqibin futbolçuları ilə 1-2 epizodda mübahisə etdi. Bilirik ki, provakasiyaya gedən futbolçudur. Ona görə də, fasilədə onu dəyişdik”.

Seçilən
37
22
viral.az

10Mənbələr