AZ

Baydendən Nəsrullahın öldürülməsini ilə bağlı qalmaqallı açıqlama: Əmr etdim ki...

ABŞ prezidenti Livan hərəkatının lideri Seyid Həsən Nəsrullahın İsrailin hava hücumu nəticəsində həlak olması ilə bağlı verdiyi açıqlamada baş verənlərin “ədalət tədbiri” olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Bayden Nəsrullah və onun rəhbərlik etdiyi “Hizbullah” qruplaşmasının 40 illik hakimiyyəti zamanı yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıdığını bildirib:

“Onun İsrailin hava hücumunda ölümü minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaş da daxil olmaqla çoxsaylı qurbanları üçün ədalət ölçüsüdür. Nəsrullahı öldürən zərbə 7 oktyabr 2023-cü ildə Həmas qırğını ilə başlayan münaqişənin daha geniş kontekstində həyata keçirilib. Ertəsi gün Nəsrullah HƏMAS ilə birləşərək İsrailə qarşı “şimal cəbhəsi”ni açmaq barədə taleyüklü qərar verdi”, - deyə Bayden bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Hizbullah, Həmas husiləri və İranın dəstəklədiyi hər hansı digər terror qruplaşmalarına qarşı İsrailin özünümüdafiə hüququnu tam dəstəkləyir”.

“Dünən mən müdafiə nazirinə təcavüzün qarşısını almaq və daha geniş regional müharibə riskini azaltmaq üçün Yaxın Şərq regionunda ABŞ qüvvələrinin müdafiə qabiliyyətini daha da gücləndirməyi əmr etdim. Son nəticədə məqsədimiz həm Qəzzə, həm də Livanda davam edən münaqişələri diplomatik yollarla azaltmaqdır. Qəzzada biz BMT Təhlükəsizlik Şurasının dəstəyi ilə atəşkəs və girovların azad edilməsini istəyirik. Livanda biz insanların İsrail və Livanın cənubundakı evlərinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradan saziş üzrə danışıqlar aparırıq. İndi bu sövdələşmələri tamamlamaq, İsrailə qarşı təhdidləri aradan qaldırmaq və bütövlükdə Yaxın Şərq regionuna daha böyük sabitlik gətirmək vaxtıdır”, - deyə Bayden bildirib. (publika.az)

Seçilən
108
50
turkustan.az

10Mənbələr