AZ

Cəlilabad şəhərinin 15 küçəsində asfaltlanma işləri aparılır

Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir."Report"un Muğan bürosunun məlumatına görə, şəhərin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, şəhərdaxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.Hazırda Mikayıl Müşfiq, Süleyman Rəhimov, Şəhriyar, Əlixan Rəhimov, Atatürk və Koroğlu küçələrdə asfaltlama işləri yekunlaşıb.Həmçinin Vüqar Niftullayev, Dədə Qorqud, Rəşad Zeyniyev, Səməd Vurğun, Tomris, Abdulla Şaiq, Gülüstan, Məlik Quliyev və V. Mürsəlov küçələrində də asfaltlanma üçün hazırlıq işləri həyata keçirilir.

Seçilən
28
1
asiya.az

2Mənbələr