AZ

Müharibə istəmirik, lakin Nəsrullah terrorçu idi - Harris

ABŞ-ın vitse-prezidenti Kamala Harris də ABŞ lideri Co Bayden kimi Hizbullah lideri Həsən Nəsrullahın ölümünə səbəb olan zərbəni həyata keçirən İsrail qüvvələrinin hərəkətlərini dəstəkləyib.

Axar.az xəbər verir ki, bu barədə Harris çıxışı zamanı bildirib.

“Nəsrullah əlləri amerikalının qanına batmış bir terrorçu idi. Onilliklər ərzində onun Hizbullaha rəhbərliyi Yaxın Şərqdə sabitliyi pozdu və Livan, İsrail, Suriya və dünyanın hər yerində onlarla günahsız insanın qətlinə səbəb oldu. Mən həmişə İsrailin İran, Hizbullah, HƏMAS və husilər kimi İranın proksi-qüvvələrindən müdafiə hüququnu dəstəkləyəcəyəm. Prezident Bayden və mən Yaxın Şərqdəki münaqişənin daha da genişlənməsini istəmirik”, - Harris qeyd edib.

Seçilən
5
1
axar.az

10Mənbələr