Bakı. Trend:
28 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cusessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) başkatibi Hissein Brahim Taha ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi,habelə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrətərəfdaşlıq imkanları müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin hər zaman qardaş, dost ölkələrilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini, bu baxımdan İƏTçərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətindəhər zaman hazır olduğumuzu diqqətə çatdırıb.
Azərbaycanın İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilatçərçivəsində əməkdaşlığa, İƏT-in fəaliyyətinin gücləndirilməsinəverdiyi töhfələr məmnunluqla qeyd edilib.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində görülən hazırlıq işləri,aparılan danışıqlar prosesi, sədrlik prioritetləri vətəşəbbüslərimiz barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazirCeyhun Bayramov sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizəsəylərinə maliyyə resurslarının cəlb olunmasına fokuslandığınıbildirib.
İƏT ölkələri üçün, həmçinin iqlim dəyişikliyi təhdid iləmübarizənin əhəmiyyətini nəzərə alaraq, COP29 çərçivəsindəəməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.