AZ

Cəlilabadda tragikomik hadisə: Adına başqa 14 avtomobilin cəriməsi gəlib — VİDEO

Cəlilabadlı sürücü tragikomik hadisə ilə üzləşib.

Belə ki, ona özünə aid olmayan 14 avtomobilin cəriməsi gəlib. Sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasını da təsadüfən öyrənib.

Cəlilabadın Təzəkənd kənd sakini Vüqar Nəzərov deyir ki, təsadüfən sürücülük vəsiqəsini yoxlatdıranda öyrənib ki, sürücülük hüququndan məhrum edilib. Cərimələrin çoxluğundan vəsiqəsinə 6 aylıq məhdudiyyət qoyulub.

Vüqar Nəzərovun sözlərinə görə, sonuncu dəfə 10 il əvvəl adında avtomobil olub. 4 ay əvvələ kimi isə Bakıda müxtəlif avtomobillərdə taksi sürücüsü işləyib. Son 4 ayda da yük maşını idarə edib. Məhdudiyyətə səbəb olan avtomobilləri isə nə idarə edib, nə də görüb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib, Vüqar Nəzərov həmin avtomobilləri idarə edən sürücülərlə birlikdə quruma müraciət etməlidir. Müraciətdən sonra məhdudiyyət aradan qaldırıla bilər.

Ətraflı "Xəzər xəbər"in süjetində:
 
Seçilən
149
6
demokrat.az

10Mənbələr