AZ

Gənc qadın xəstəxanada vəfat edib

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ölüm halı qeydə alınıb.

Rayonun Mosul kənd sakini 1992-ci il təvəllüdlü Sevinc Ələddin qızı Gülməmmədova ötən gün axşam saatlarında halı pisləşdiyi üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub.

32 yaşlı S. Gülməmmədova bu gün günorta saatlarında xəstəxanada hələ ki məlum olmayan səbəbdən vəfat edib. S. Gülməmmədovanın ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Əldə olunan məlumata görə, S. Gülməmmədova bir neçə ay öncə sirkə turşusundan kəskin zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
192
14
news365.az

10Mənbələr