Virciniya ştatının neyrocərrahı Eben Alexander şüur və ölümdən sonrakı həyata dair elmi baxışlarını dəyişdirən heyrətamiz bir hadisə yaşayıb.
“Menenjit” adlı nadir bakterial infeksiyanın yaratdığı klinik ölümdən sonra onun beyni demək olar ki, bütün funksiyalarını itirib və həkimlərin sağalmağa ümidləri olmayıb. Lakin bütün proqnozların əksinə olaraq, o, nəinki həyata qayıdıb, həm də klinik ölüm zamanı yaşadığı qeyri-adi təcrübədən danışıb.
KONKRET.az lent.az-a istinadən bildirir ki, cərrahın dediyinə görə, o, səmada uçduğunu görüb.
Buranı yaşıllıqlarla dolu dərələr, şəlalələr və zefir kimi buludlarla təsvir edir. O biri dünyada onu müşayiət edən hüzur hissini və mələk xorlarının musiqisini xatırlayır. Xüsusilə onu cənnətdə aparan gözəl qadından danışıb. Sonradan öyrənib ki, bu qadın onun bioloji bacısı, o ana qədər varlığını bilmədiyi Betsydir.
Klinik ölümündən əvvəl o, ölümə yaxın təcrübələrə inanmırdı, onları beyin zədələnməsi nəticəsində yaranan halüsinasiyalar hesab edirdi. Ancaq beyin qabığının tamamilə şikəst olduğu zaman yaşadığı təcrübə onu inanclarını yenidən nəzərdən keçirməyə məcbur etdi. O, ənənəvi elmi baxışlara meydan oxuyaraq, şüurun bədəndən asılı olmayaraq, mövcud ola biləcəyi qənaətinə gəldi.
Öz baxışlarını və mənəvi səyahətini təfərrüatlı şəkildə bölüşdüyü “Cənnətin xəritəsi” kitabında təcrübələrini təsvir edib. Doktorun hekayəsi elm adamlarının və tədqiqatçıların diqqətini çəkib, çünki ölümə yaxın və ya ağır travma keçirən insanların təxminən 5-10%-i oxşar ölümə yaxın təcrübələr haqqında məlumat verir. Bu təcrübələrin mahiyyəti ilə bağlı mübahisələr davam etsə də, onun təcrübəsi böyük maraq doğurur, həyat və ölüm astanasında olan bir insanın başına nə gəldiyi ilə bağlı mübahisələrə səbəb olmaqda davam edir.