"Bakı Metropoliteni" QSC-nin söz verdiyi yeni metro vaqonları artıq Bakıya gətirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İqtisadiyyat.az-a açıqlamasında yeni alınan qatarların Bakıya gətirilməsi prosesinin başlanması barədə məlumat vermişdi.
"Ümumilikdə 3 il ərzində 65 vaqon alınacaq ki, onlardan 35 vaqon, yəni 7 qatar bu il Bakıya gətiriləcək. Bu il ərzində yeni alınan 7 qatar xəttə buraxılacaq”,-deyə qurum rəsmisi bildirmişdi.
Qeyde dək ki, növbəti illər ərzində digər 30 vaqonun Bakıya gətirilməsi nəzərdə tutulub. Bu qatar və vaqonlar istismar müddətini başa vuran qatar və vaqonların əvəzinə alınır.