İsrail ordusu Livanda “Hizbullah” hərəkatının mərkəzi şurasının üzvü Nabil Kaukun öldürüldüyünü açıqlayıb.
Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Nabil Kauk sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hədəfli hava zərbəsi nəticəsində məhv edilib.
Xatırladaq ki, “Hizbullah” hərəkatının mətbuat xidməti təşkilatın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb. Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəsi zamanı endirilib. Təşkilatın bunkerlərini dağıtmaq üçün güclü bombalardan istifadə edilib.