Karlo Ançelotti futbolçulara İspaniya La Liqasının VIII turunda "Atletiko" ilə qarşılaşmada matçının hakimi ilə mübahisə etməyi qadağan edib "Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçulara İspaniya La Liqasının VIII turunda "Atletiko" ilə qarşılaşmada matçının hakimi ilə mübahisə etməyi qadağan edib. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb. Bildirilrir ki, italiyalı mütəxəssis La Liqanın VII turunun "Alaves"lə oyununda (3:2) futbolçularının tez-tez görüşün baş hakimi ilə mübahisə edib və onun qərarlarına qarşı çıxmasında narazı qalıb. Ançelottinin nöqteyi-nəzərindən madridli futbolçular bu davranışı ucbatından matça nəzarəti itiriblər. Ançelottinin cinah oyunçusu Vinisius Juniorla ünsiyyətə xüsusi önəm verdiyi vurğulanır. İtaliyalı məşqçi braziliyalı futbolçunun hakimlə mübahisəyə deyil, diqqətini oyuna yönəltməsini istəyir. Xatırladaq ki, Madrid derbisi bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta