AZ

"Kalyari"nin futbolçusu hoteldə ölüb

"Kalyari"nin keçmiş futbolçusu Andrea Kapone hoteldə ölü vəziyyətdə tapılıb.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

43 yaşlı veteran yarımmüdafiçinin başında ağır zədələr olub. İlkin versiyaya görə, pilləkəndən yıxılması nəticəsində Kaponenin ölümcül zərbə alıb.

Qeyd edək ki, Andrea 1998-2007-ci illərdə "Kalyari"nin heyətində çıxış edib. Onun son klubu "Salernitana" olub.

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr