"Turan Tovuz" Misli Premyer Liqasının VII turunda səfərdə "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.
Prosport.Az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Qurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.
- Əsas heyətin bir neçə üzvü ehtiyatda idi. Bunun xüsusi səbəbi var?
- Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qadiriyə də şans vermək və onları meydanda görmək istədik.
- Qapıçı dəyişikliyi Konovalovun ötən oyundakı səhvinə görə idi?
- Xeyr. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən.
- Komandanın enişdə olduğunu demək olar?
- Xeyr. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta