Çexiyanın paytaxtı Praqada təşkil olunan cüdo üzrə Açıq Avropa turniri yekunlaşıb.
İdman.biz xəbər verir ki, yarışın son günündə Qamzatxan Qamzatzanov (+100 kq) fəxrü kürsüdə yer alıb.
Cüdoçumuz həlledici görüşdə ukraynalı rəqibinə uduzaraq, ikinci yeri tutub.
Qeyd edək ki, yığmamız turniri 3 medalla başa vurub. Bunadək Rəşad Yelkiyev (66 kq) qızıl və Hüseyn Allahyarov (60 kq) gümüş medal qazanıb.
İdman.biz