AZ

Krunoslav Renduliç: "Müdafiədə yaxşı çıxış etmirik"

"Qarabağ" bu gün qələbəyə layiq idi. Əfsuslar olsun ki, ilk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və 2 qol buraxdıq".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a 2:3 hesablı məğlubiyyəti şərh edib: "Ondan sonra hesabı bərabərləşdirmək çətin idi. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol şanslarımız olacaq. Təəssüf ki, iki əla fürsəti əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra geridönüş etmək çətindir. Futbolçularım çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirsinlər. Daha yaxşı nəticələr istəyiriksə, bu qədər qol buraxmamalıyıq. Fakt odur ki, müdafiədə yaxşı çıxış etmirik. Amma hücumda yaxşıyıq".

Qeyd edək ki, "Sabah" 8 turdan sonra 14 xalla 5-ci pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr