“Əvvəlcə “Qarabağ”ı təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. Əfsuslar olsun ki, ilk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və 2 qol buraxdıq. Ondan sonra hesabı bərabərləşdirmək çətin idi. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol şanslarımız olacaq. Təəssüf ki, iki əla fürsəti əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra geridönüş etmək çətindir. Futbolçularım çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirsinlər. Sabah yeni gün başlayır”.
İdmanxeber.az-ın məlumqtına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Qarabağ” oyunu (2:3) sonrası deyib. O, daha sonra belə davam edib:
“Əlbəttə ki, bütün bunlara görə məşqçi məsuliyyət daşıyır. Start heyətini mən seçirəm. Mən elə məşqçi deyiləm ki, hər futbolçunu 2-3 oyundan bir dəyişim. O demək deyil ki, Yusif İmanov pis çıxış edib. Nicat çox yaxşı çalışır. Sofia Çaklanın yerinə İqoru da oynatmışdım. Bu, faktdır, çox qol buraxırıq. Cəhd edirəm ki, nələrisə dəyişim”.