AZ

“Yeniyetmələrin intellektual inkişafında  zehni oyunlar”  layihəsinin icrası davam edir - FOTOLAR

Sentyabrın 27-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, C.Cabbarlı adına 187 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında  zehni oyunlar”  layihəsinin icrası davam edir.

QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri N.Nəcəfov məlumat verib. Onun sözlərinə görə, “Oriqami“  uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, 27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə təşkil etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşən, Sabunçu rayonu Maştağa  qəsəbəsində yerləşən, C.Cabbarlı adına 187 № li tam orta məktəbdə pedaqoji işçilərin iştirakı ilə  “Yeniyetmələrin intellektual inkişafında  zehni oyunlar”  layihəsinin təqdimatını keçirib.

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq Sabunçu rayonunda yerləşən 3 qəsəbədə Maştağa,Nardaran və Bilgəhdə  5 təhsil ocağında,-pedaqoji kollektivlərdə, layihənin təqdimatlarının keçirilməsi nəzərdə tutulub. C.Cabbarlı adına 187 № li tam orta məktəbin kompyüter otağında layihənin təqdimatı üçün şərait yaradılmışdı. “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” çərçivəsində hazırlanmış Roll up,çap məhsullarırı Sertifikat, Diplom, Hədiyyə  çantası, istehlak malları- loqolu papaq, loqolu qısaqol köynək, məlumat baxış üçün  masanın üstünə düzülüb. Məktəbin İctimai Lövhəsinə layihənin Posteri vurulub. Məktəbin direktoru G.Hənifəyeva,pedaqoji kollektivin digər üzvlər M.Əliyeva, A.Əliyeva, P.Xəlilova və digər müəllimlər təqdimatda iştirak edirdilər.

Layihə rəhbəri N.Nəcəfov “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi barədə ətraflı məlumat verdi, layihənin icra prosesindən,hədəflərindən və məqsədindən danışdı. O, zehni oyunların yeniyetmələrin intellektual inkişafına faydasından, məktəbdə tədris olunan dərslərin mənimsənilməsində göstərə biləcəyi müsbət təsirindən söz açdı, misallar gətirdi. Xüsusi  ilə məktəbli qız və oğlanların asudə vaxtlarının səmərəli təşkilində zehni oyunların-Dama, Şahmat, Domio, müxtəlif Pazlların yığılması- böyük əhəmiyyətini qeyd edərək  bu sahədə maarıfləndirmə işinin daha da genişləndirilməsinin  layihənin hədəflərindən biri olduğunu bildirdi.

C.Cabbarlı adına 187 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında  zehni oyunlar” layihəsinin təqdimat tədbirində və Anket Sorğunun təşkilində “Oriqami” QHT-yə yaradılan şəraitə görə məktəbin pedaqoji kollektivinə təşəkkür etdi.

“Oriqami” QHT tərəfindən layihənin təqdimatı və Anket Sorğunun təşkili ilə bağlı məktəbdə foto-video çəkiliş  təşkil olunmuş, media vasitələrində yayımlanmaq  üçün məlumat hazırlanmış və KİV-ə göndərilib.

Seçilən
22
2
qht.az

3Mənbələr