AZ

“Rəqəmsal faktorinq məhsulu kiçik və orta bizneslər üçün ideal seçimdir”

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ınKOS və KİB Rəqəmsal Məhsul üzrə aparıcı direktoru Heydər Süleymanovilə müsahibə:

Hörmətli Heydər bəy, bugünkü müsahibəmizdə kiçik və ortasahibkarlığın (KOS) inkişafı üçün “PAŞA Bank”ın təqdim etdiyixidmət və maliyyə alətlərinin, o cümlədən bizneslərin səmərəliidarə olunmasında rəqəmsal faktorinq məhsulunun faydaları və onunəhəmiyyətinə nəzər salacağıq. Bu məhsul hansı növ bizneslər üçünnəzərdə tutulur və başqa maliyyə alətlərindən hansı üstünlükləriilə seçilir?

Faktorinq məhsulu xidmət göstərən və ya məhsul istehsal edib irişirkətləri və şəbəkələri təchiz edən biznes növləri üçün rahatmaliyyəşmə növüdür. Bu məhsulun digər maliyyə alətlərindənüstünlüyü onun girovsuz, maliyyə analizi olmadan, ən sərfəli illikfaiz dərəcəsi ilə müştərilərə təqdim edilməsidir. Bununla biznessahibləri malı, xidməti təqdim etdikdən dərhal sonra qaiməni “PAŞABank”a yönəltməklə, alıcılarından gözlədikləri vəsaiti daha qısamüddətdə əldə edə bilirlər. Bu məhsuldan əczaçılıq, qida, kəndtəsərrüfatı, tikinti, yükdaşıma sektoru, mehmanxana və restoranşəbəkələrinə mal və ya xidmət təchiz edən şirkətlər yararlanabilər.

Ümumi olaraq, faktorinq nağd pul axınını idarə etmək və inkişafetdirmək üçün əhəmiyyətli maliyyə alətidir. Faktorinq debitorborclardan azad olaraq dərhal pul qazanmağa imkan verir, bu da nağdpul dövriyyəsini tənzimləyir və likvidliyi təmin edir. Bu maliyyəaləti əlavə borc götürmədən işlək kapitala çevik çıxış imkanıyaradır ki, bu da öz növbəsində əməliyyat xərclərini ödəmək vəinkişafı təmin etmək üçün çox mühümdür. Faktorinq xidmətisayəsində, bizneslər daha çox əməliyyatlara və inkişafstrategiyalarına fokuslanırlar.

Bu məhsul digər maliyyə alətləri ilə müqayisədə likvidliyinartırılması və borc ödənişlərinin yönləndirilməsi prosesləriniəhəmiyyətli dərəcədə asanlaşdırır. Əlavə olaraq, bankmaliyyələşdirilmiş qaimələrin alıcı tərəfindən vaxtındaödənilməsini də nəzarət altına alır; bu isə digər kredit növlərindəmövcud olmayan bir xüsusiyyətdir. Faktorinq ənənəvi kreditxəttlərindən daha çevik və KOS-lar üçün daha əlçatan olur, çünkimaliyyələşdirmə birbaşa satış gəlirlərinə əsaslanır və biznesvasitəsilə inkişaf edə bilir. Azərbaycan bazarında bu xidmətinbizneslərə təqdim etdiyi üstünlükləri daha geniş tanıtmaq vəmaarifləndirmə tədbirlərini artırmaq böyük əhəmiyyət kəsb edir.Hesab edirəm ki, “PAŞA Bank”ın innovativ faktorinq məhsulu KOSbiznesləri üçün ideal seçimdir.

Bazarda rast gəlinən qaimələrin (invoysların)maliyyələşdirilməsi kimi xidmətlə faktorinq arasında fərqnədir?

Qaimələrin maliyyələşdirilməsi çox vaxt kredit xətti ilə həyatakeçirilir, burada borc ödənişləri kredit xətti üzrə aparılır.Faktorinq məhsulu isə konkret təqdim edilən qaimələrin məbləğiəsasında maliyyələşdirmə təmin edir və ödənişlər həmin qaimələrüzrə vəsait gəldikdə həyata keçirilir.

Kreditlərdə əsas və faiz ödənişləri hər ay (annuitet tipli)aparılır, bu isə maliyyə istifadəsini məhdudlaşdırır. Faktorinqdəödənişlər qaimələr əsasında həyata keçirilir, bu da daha çevikmaliyyə idarəsini təmin edir. Ənənəvi kreditlərdə isə əlavə sənədvə müraciət prosesləri tələb olunur. Bu məhsul ödənişlərin vaxtındaedilməsi üçün nəzarət və dəstək təqdim edir; bu xüsusiyyət ənənəvikreditlərdə çox vaxt olmur. Faktorinq müştəri ilə bağlanmışmüqaviləyə əsaslanır, bu da onu satışlarla əlaqəli maliyyələşdirməbaxımından daha uyğun edir.

Bu fərqlər faktorinq məhsulunun daha rahat və müştəri dostuolduğunu göstərir, eyni zamanda ənənəvi kreditlərdən daha sürətlivə səmərəli maliyyələşdirmə imkanı təmin edir.

Bu məhsuldan müştəri necə istifadə edə bilər və onunistifadəsi üçün hər hansı sənəd tələb olunurmu?

Məhsuldan istifadə çox rahatdır - hər bir sahibkarın ASAN və yaSİMA elektron imza vasitəsilə mal və xidmət təchiz etdiyi müştərisiilə bağladığı müqaviləni təqdim etməsi kifayətdir. Ona əsasənmüştəri maliyyələşməni (vəsaiti) əldə edə bilər.

Bildiyim qədər, Azərbaycanda yalnız “PAŞA Bank” rəqəmsalfaktorinq xidməti təklif edir ki, bu da sahibkarın dəyərli vaxtınınəhəmiyyətli qənaətinə gətirib çıxarır.

Nəinki Azərbaycanda, hətta MDB ölkələri arasında rəqəmsalfaktorinq məhsulunu yalnız “PAŞA Bank” təqdim edir. Sahibkarlarüçün müraciət prosesi çox sadədir - müştəri onlayn banka daxilolaraq ona hansı sənədlərin lazım olduğunu aydın şəkildə görür,bütün tələb olunan sənədlər əlavə edildikdən sonra sorğuaktivləşdırilir. Müştəri bütün sonrakı mərhələlər barədə ətraflıməlumatlandırılır.

Rəqəmsal faktorinq bu kimi yenilikçi həllər təklif edir ki,nəticədə də müştəri kağız sənədlər daşıyaraq artıq banka gəlməliolmur. Müştəri SİMA rəqəmsal imzadan istifadə edərək sənədləriimzalayır və əlavə edir. Bu da, bir çox müştərilərə bu istiqamətdəəlverişli bir şərait yaradır. Hətta, növbəti mərhələdə sənədlərtəsdiqlənmək üçün alıcıya da göndəriləndə müştəri bunu onlayn görəbilir.

Ölkəmizdə təchizat zəncirinin maliyyələşdirilməsisahəsində faktorinq xidmətinin genişləndirilməsi ilə bağlı hansıplanlar var?

Hazırda təchizat zəncirinin maliyyələşdirilməsi təcrübəsininartırılmasına dair bir çox layihələr və təşəbbüslər həyatakeçirilir. İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan BanklarAssosiasiyası (ABA) və digər qurumlar bu sahənin inkişafındamaraqlıdır. Bu təşəbbüslərin reallaşdırılmasında və ölkədə realsektorun, o cümlədən KOS seqmentinin inkişafı istiqamətində “PAŞABank” fəal iş aparır. Bu məqam beynəlxalq səviyyədə də öz təsdiqinitapıb və bu yaxınlarda KOS seqmentinin inkişafına verdiyi dəstəyəgörə Bank beynəlxalq “Euromoney” nəşri tərəfindən nüfuzlu mükafatalayiq görülüb.

Faktorinq maliyyə alətinə gəldikdə isə, burada bizim əsasməqsədimiz təchizat zəncirinin maliyyələşdirilməsi sahəsinin nəinki“PAŞA Bank”da, ümumiyyətlə ölkədəki bütün banklarda inkişafınıtəmin etməkdir və hətta qeyri-bank sektoruna, fintech şirkətlərə dəşamil edə bilməkdir. Bundan başqa, “PAŞA Bank” hər bir məhsul vəxidmətinin müştəri üçün maksimum rahat və rəqəmsal olması üçünəlindən gələni edir. Bank hər bir müştərinin zamanını yüksəkdəyərləndirir və onların xidmətlərdən daha operativ yararlanmasınıtəmin etmək üçün fəaliyyətini davam etdirir. “PAŞA Bank” müştərininyalnız xidmətlərini təqdim edən bir bank deyil, eyni zamandabiznesin qarşılaşa biləcəyi hər cür çağırışlarla birlikdə mübarizəaparan etibarlı və dayanıqlı tərəfdaşdır. Bu yanaşma, müştərilərinbizneslərini daha sağlam və güclü bir şəkildə idarə etmələrinitəmin edir.

“PAŞA Bank”ın faktorinq xidməti ilə bağlı ətraflı vəmaraqlı müsahibəyə görə təşəkkür edirəm. Bizneslərin inkişafınıdəstəkləyən bu cür müasir maliyyə həlləri təqdirəlayiqdir. Ümidedirik ki, bu xidmət bir çox şirkətlər üçün yeni perspektivləraçacaq və iqtisadi inkişafı daha da sürətləndirəcək. “PAŞA Bank”abu mühüm fəaliyyətində uğurlar arzulayıram.

Seçilən
8
4
az.trend.az

5Mənbələr