AZ

Tanınmış futbolçu “Qarabağ”la oyunu buraxa bilər

Tanınmış

Bakı, 30 sentyabr, AZƏRTAC

Fransanın “Lion” komandasının futbolçusu Vilfrid Zaha Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxa bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Kot-d'İvuardan olan hücuma meyilli yarımmüdafiəçinin performansından narazıdır. Bu səbəbdən 32 yaşlı forvardın heyətdən uzaqlaşdırılacağı gözlənilir.

V.Zaha Fransa klubuna ötən ay Türkiyənin “Qalatasaray” komandasından icarə əsasında keçib

Qeyd edək ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-də Bakıda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.

Seçilən
4
3
azertag.az

4Mənbələr