AZ

Qismət Alıyev: “Qarşıdakı turlarda onların bizə çox köməyi dəyəcək”

"Kəpəz"in hazırda itirəcəyi nəsə yoxdur. Yəni, onlar xal qazanmaq və sonuncu pillədən qurtulmaq üçün maksimum risk edib aqressiv oyun sərgiləyirlər. Bunu bildiyimizdən onlarla oyuna son dərəcə ciddi hazırlaşmışdıq. Odur ki, matça ehtiyatlı başlayıb, ilk hissənin sonlarında bizə lazım olan qolu vurduq. Fasilədən sonra isə daha iki dəfə fərqləndik. Qısası, qələbə qazanmağımıza sevincliyik". Bu sözləri Sport24. az-a açıqlmasında "Zirə"nin kapitanı Qismət Alıyev deyib.
 
"Qaratallar"ın kapitanlı düşərgəyə yeni qoşulan futbolçular barədə də danışıb: "Zirə"də həmişə futbolçular üçün mehriban, qayğıkeş mühit olub. Yeni gələnlər komandaya gələndə zədəli idilər. Amma yavaş-yavaş formalarını bərpa edirlər. Qarşıdakı turlarda onların bizə çox köməyi dəyəcək. İstər Popunaşvili, istər Qomes, istərsə də Laval səviyyəli futbolçulardır".
 
Qeyd edək ki, "Zirə" Premyer Liqanın VIII turunda öz meydanında "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
 
ABDULLA İSMAYILOĞLU

Seçilən
9
sport24.az

1Mənbələr