“Atletiko”nun futbolçusu Antuan Qrizmann Fransa yığmasındakı karyerasını başa çatdırıb. Matc.az xəbər verir ki, bu barədə təcrübəli hücumçunun özü sosial şəbəkə hesabı vasitəsilə məlumat verib. “Möhtəşəm üçrəngli macəra” üçün təşəkkür edirəm”, - deyə Qrizmann bildirib. O, Fransa yığması ilə dünya çempionu və Millətlər Liqasının qalibi adını qazanıb. Qeyd edək ki, Qrizmann 2014-cü ildən Fransa yığmasının şərəfini qoruyurdu. Milli komandada 131 oyun keçirən Antuan 44 qola imza atıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta