AZ

Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayır və inkişaf edir ŞƏRH

Prezident İlham Əliyev bu barədə 26 sentyabr 2024-cü il tarixdə hökumət üzvləri keçirdiyi iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib ki, “Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”.

Özəlliklə dünyada baş verən qlobal problemlərin iqtisadi rıçaqlara ciddi təsir etdiyi bir zamanda iqtisadiyyatımızın artım faizi ilə inkişafı təqdirəlayiq məqamlardandır.İqtisadiyyatın artım faizində qeyri-neft sekronun payı da xüsusi əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun inkişafı bu sahəyə xarici investorların da diqqətini cəlb edir. COP-29 kimi qlobal layihənin ev sahibliyinin Azərbaycana verilməsində də qeyri-neft sektorunun inkişaf temperamenti önəmli rol oynamışdır. 2024-cü ildə bu sahədə 7% artım müşahidə olunub.Hətta son illərdə neft sektorundakı bu və ya digər səbəblərdən baş verən azalmalar qeyri-neft sektorunun gəlirləri hesabına kompensasiya olunub, iqtisadi balans qorunub.İqtisadiyyatın dayanıqlığını təmin etmək üçün onun şaxələndirilməsi əsas şərtlərdəndir. Məhz bu yolla həm inflyasiyanın ciddi təsirinin qarşısına keçmək, həm də iqtisadiyyatı inkişaf etdirmək mümkündür. Regionda yerləşən qonşu dövlətlərin hər birinin milli valyutasının dollar qarşısında dəyər itirdiyi bir dövrdə Azərbaycan manatının öz kursunu qoruyub saxlaması məhz güclü iqtisadiyyatın nəticəsidir.Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri neft hasilatının sabitliyinin təmin edilməsi ilə bağlı oldu. Bu, ölkə iqtisadiyyatına təsir edən vacib amillərdən biridir. Cənab Prezident bildirdi ki, neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Belə ki, hasilatdakı tənəzzülün qarşısının alınması və gələcəkdə yeni yataqlardan daha çox neft və qaz hasil ediləcəyi ilə bağlı optimist proqnozlar ölkənin enerji sektorunda sabitliyi təmin etmək üçün çox əhəmiyyətlidir. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılıb. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək.Digər vacib bir məsələ təbii ki, ölkəyə xarici sərmayənin cəlb olunması ilə bağlıdır. Bu, xüsusilə qeyri-neft sektorunun 7% artması iqtisadiyyatımızın yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını və qeyri-neft sahəsində də mühüm uğurların əldə olunduğunu göstərir. Ümumiyyətlə isə bu gün ölkənin iqtisadi inkişaf tempi inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Seçilən
62
sesqazeti.az

1Mənbələr