Bu gün Gilan Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Təqi Aşubi İranın Rəşt şəhərində saxta spirtli içkidən zəhərlənən şəxslərin sayının artdığını bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Onun sözlərinə görə, spirtli içkidən zəhərlənərək ölənlərin sayı 6 nəfərə çatıb.
Qeyd olunub ki, spirtli içkidən zəhərlənmə əlaməti ilə 27 nəfər xəstəxanaya yerləşdirilib. Dörd nəfərin vəziyyəti isə ağırdır.
Leyla SƏMƏNDƏR
Missiya.Az